Türkiyə Super Liqasının oyunları dayandırıldı
07.02.2023 , 17:11
Türkiyədə baş verən silsilə zəlzələlər səbəbindən Super Liqanın oyunları 17 fevrala kimi təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Türkiyədə dünən səhər saatlarında bir neçə bölgədə zəlzələ baş verib. Fəlakət nəticəsində 3 mindən çox insan ölüb.
