Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
“Trabzonspor” klubu baş məşqçisi Ərsun Yanalla yolları ayırıb. Ötən gün “Akhisar”a 1:6 hesabı ilə məğlubiyyəti klub rəhbərliyinin bu qərarı verməsinə səbəb olub.
Qeyd edək ki, “bordo-mavililər” Super Liqada 8 turndan sonra 9 xalla 11-ci pillədə qərarlaşıb.
