Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı yaşanıb. “Antalyaspor” baş məşqçi Rıza Çalımbay ilə yolları ayırmaq qərarına gəlib.
54 yaşlı mütəxəssisin sabah təşkil olunacaq mətbuat konfransında ayrılıq qərarını açıqlayacağı gözlənilir.
Super Liqada 5 turdan sonra heç bir matçda qələbə qazana bilməyən “Antalyaspor” turnir cədvəlində 3 xalla 16-cı pillədədi.
