Bu gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşləri keçiriləcək.
Korner.az-ın məlumatına görə, günün maraqla gözlənilən oyunu Hollandiyada baş tutacaq.
Burada "narıncılar" son Avropa çempionu İspaniya yığmasını qəbul edəcək. DÇ-2010-nun finalında üz-üzə gələn bu komandalar DÇ-2014-ün qrup mərhələsində də qarşılaşıblar. Finalda rəqibinə 0:1 hesabı ilə uduzan Hollandiya yığması son dünya çempionatının qrup mərhələsində İspaniyanı darmadağın edib – 5:1.
Avro-2016-nın seçmə mərhələsinin son oyununda səfərdə Hollandiya ilə 1:1 bərabərə qalan Türkiyə yığması yoldaşlıq görüşündə Lüksemburq millisi ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
31 mart
Beynəlxalq yoldaşlıq görüşləri
15:00. Çin – Tunis – 1:1
15:25. Yaponiya – Özbəkistan – 5:1
16:00. Cənubi Koreya – Yeni Zellandiya – 1:0
21:00. Estoniya – İslandiya – 1:1
21:00. İsveçrə – ABŞ – 1:1
22:00. Rusiya – Qazaxıstan – 0:0
22:30. İsveç – İran – 3:1
23:00. Ukrayna – Latviya 1:0
23:15. Lüksemburq – Türkiyə – 1:2
23:30. Avstriya – Bosniya və Herseqovina 1:1
23:30. Slovakiya – Çexiya – 1:0
23:45. Hollandiya – İspaniya – 2:0
23:45. İtaliya – İngiltərə – 1:0
