Dünən Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Türkiyə və Qana milliləri qarşılaşıb.
Korner.az-ın məlumatına görə, İstanbul Atatürk Olimpiya stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qarşılaşmada Türkiyə milli komandasından Burak Yılmaz və Umut Bulut hərəyə bir dəfə fərqləniblər, Qana milli komandasından isə Asamoha Qyan dubl etməyi bacarıb.
