Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək Avropa çempionatının iştirakçıları daha bir yoldaşlıq görüşlərində qüvvəsini sınayıblar.
Korner.az-ın məlumatına görə, bir neçə saat öncə daha 4 qarşılaşma baş tutub.
AVRO-2012-nin meydan sahiblərindən Ukrayna Türkiyə ilə qarşılaşıb. Bundan öncə səfərdə Portuqaliyanı büdrədən "ay-ulduzlu"lar bu dəfə Ukraynanı məğlub etməyi bacarıb.
Digər yoldaşlıq görüşündə Fransa və Estoniya yığmaları üz-üzə gəlib. Oyun 4:0 hesabı ilə fransızların xeyrinə başa çatıb.
5 iyun
Beynəlxalq yoldaşlıq görüşləri
İsveç – Serbiya – 2:1
Qollar: Toyvonen, 23 (1:0), Subotiç, 27 (1:1), İbrahimoviç, 52-pen (2:1)
Türkiyə – Ukrayna – 2:0
Qollar: Caner, 30 (1:0), Pektemek, 70 (2:0)
Avstriya – Rumıniya – 0:0
Fransa – Estoniya – 4:0
Qollar: Riberi, 25 (1:0), Benzema, 37 (2:0), 47 (3:0), Menez, 90 (4:0)
