Türkiyə Portuqaliyaya məğlub oldu, Belçikadan qələbə
23.06.2024 , 00:58

Bu gün Avro-2024-ün qrup mərhələsində 2-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, E və F qruplarında ümumilikdə 3 matç keçirilib.
Əvvəlcə F qrupunda Gürcüstan Çexiya ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə bitib.
Günün digər görüşündə Türkiyə Portuqaliya ilə qarşılaşıb. Matç Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə bitib.
İlk turda F qrupunda Portuqaliya Çexiyaya, Türkiyə isə Gürcüstana qalib gəlib.
E qrupunda isə Belçika Rumıniya ilə qarşılaşacaq və 2:0 hesabı ilə qalib gəlib.
Avro-2024, qrup mərhələsi, 2-ci tur
F qrupu
17:00. Gürcüstan – Çexiya – 1:1
Baş hakim: Daniel Siebert (Almaniya)
“Volkspaarkstadion”
20:00. Türkiyə – Portuqaliya – 0:3
Qol:Bernardu Silva, 22, Samet Akaydın, (avtoqol), Fernandeş, 56
Baş hakim: Feliks Zvayer (Almaniya)
“Siqnal İduna Park”
E qrupu
23:00. Belçika – Rumıniya – 2:0
Baş hakim: Simon Marçinyak (Polşa)
“Rayn-Energi”
