Avro-2012 öncəsi ölkələr yoldaşlıq görüşlərində qüvvələrini sınamaqda davam edirlər. Korner.az-ın məlumatına görə, ötən gün baş tutan maraqlı görüşlərdən biri Lissabonda keçirilib. Burada Avro-2012-nin əsas favoritlərindən biri Portuqaliya Türkiy millisini sınağa çəkib. DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Portuqaliya yığması gözlənilmədən evdə Türkiyəyə 1:3 hesabı ilə uduzub.
Turnirin təşkilatçılarından biri Polşa millisi isə Andorra ilə üz-üzə gəlib. Bir neçə gün bundan öncə Andorra ilə qolsuz sülhə imza ataraq qələbə qazana bilməyən millimizə bu işin necə görmək olduğunu polyaklar başa salıb – 4:0. Avstraliya ilə qarşılaşan Danimarka isə rəqibini 2 qolla keçib – 2:0.
Avropa çempionatının əsas favoritlərindən biri olan Hollandiya isə Şimali İrlandiya ilə qarşılaşıb. Bu matçda "narıncılar" 6:0-lıq qələbəyə sevinib.
2 iyun
Beynəlxalq yoldaşlıq görüşləri
Polşa – Andorra – 4:0
Qollar: Obraniak, 13 (1:0), Levandovski, 37 (2:0), Blazikovski, 39-pen (3:0), Vasilevski, 77 (4:0)
Danimarka – Avstraliya – 2:0
Qollar: Agger, 32-pen (1:0), Byelland, 68 (2:0)
İngiltərə – Belçika – 1:0
Qol: Uelbek, 36 (1:0)
Norveç – Xorvatiya – 1:1
Qollar: Eduardo, 79 (0:1), Elyounossi, 90 (1:1)
Hollandiya – Şimali İrlandiya – 6:0
Qollar: Van Persi, 11 (1:0), 29-pen (3:0), Sneyder, 15 (2:0), Affelay, 37 (4:0), 52 (5:0), Vlaar, 78 (6:0)
Portuqaliya – Türkiyə – 1:3
Qollar: Umut Bulut, 35 (0:1), 52 (0:2), Nani, 57 (1:2), Pepe, 88-avtoqol (1:3)
