Türkiyə – Portuqaliya matçının hakim təyinatları
20.06.2024 , 13:14

Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda keçirilən Türkiyə – Portuqaliya oyunu üçün hakim təyinatları məlum olub.
Korner.az xəbər verir ki, matçın baş hakimi Feliks Zvayer olacaq,
Ona həmyerliləri Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Xesus Gil Manzano (İspaniya) yerinə yetirəcək.
Qeyd edək ki, Türkiyə – Portuqaliya görüşü iyunun 22-si baş tutacaq.
Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
