İngiltərə və Niderland yarımfinalda!
07.07.2024 , 00:56

Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İngiltərə (5:3) yarımfinala yüksəlib.
Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşıb. Oyunda hesabı Türkiyə millisi açsa da, Niderland yığması 2 qol vuraraq əzmkar qələbə qazanıb. Beləliklə, Türkiyə millisi Avropa çempionatı ilə vidalaşıb.
Niderland isə yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
6 iyul
Avro-2024
1/4 final
20:00. İngiltərə – İsveçrə – 1:1 (penaltilər 5:3)
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, “Esprit Arena”.
23:00. Niderland – Türkiyə – 2:1
Qol: Samet Akaydın, 35
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.
