Türkiyə nəhəngi hər iki oyunçunu izləyir
07.01.2025 , 13:07
Komandada daxili ehtiyatını gücləndirmək istəyən “Fənərbağça” Ahmed Kutucu və qapıçı Berke Özer üçün bir müddətdir ki, “Eyüpspor” klubu ilə danışıqlar aparırdı.
Korner.az xəbər verir ki, 24 yaşlı Kutucunun hücumun hər yerində oynama bacarığı ilə baş məşqçi Joze Mouirinyonun sevimlisi olduğu bildirilib.
“Eyüpspor” Türkiyə millisinin üzvü üçün 7 milyon avro istəyir.
“Fənərbağça”nın da 24 yaşlı qapıçı Berkeni razı saldığı və klubla danışıqların davam etdiyi bildirilib.
Klubun hər iki oyunçu ilə müqavilə bağlamağa yaxın olduğu gözlənilir.