Türkiyə millisinin yeni baş məşqçisi açıqlandı
28.02.2019 , 16:02

Türkiyə millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Hazırda “Beşiktaş” klubunu çalışdıran Şenol Güneş bundan sonra həm də millinin sükanı arxasında olacaq. Türkiyəli mütəxəssis ilə 4 illik müqavilə imzalanıb. Onun mövsüm sonunda “Beşiktaş” klubundan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Şenol Güneş 2000-2004-cü illər arasında milli komandanın baş məşqçisi olub. Bu, onun milliyə ikinci qayıdışı olacaq.
