Türkiyə millisinin üzvü üçün iki “elçi”
10.01.2024 , 10:00
Türkiyə millisinin futbolçusu Çağlar Söyünçü iki klubun maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, hazırda “Atletiko”nun formasını geyinən müdafiəçi ilə İtaliyanın “Roma” klubu yaxından maraqlanır.
Çağlar həmçinin İngiltərənin “Fulhem” klubuna da keçə bilər. Bu klubda futbolçunun xidmətlərində maraqlıdı.