Türkiyənin "Qalatasaray" klubu bir futbolçu ilə müqavilə imzalayıb.
Korner.az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, "Cim-Bom" "Əskişəhərspor"un gənc futbolçusu Alper Potukla müqavilə bağlayıb. 22 yaşlı yarımmüdafiəçi ilə bütün məsələlərdə razılığa gəlinib. Əgər klubu da razılıq verse o zaman Alper "Cim-Bom"a keçəcək.
Bu transfer baş tutacağı halda oyunçu ildə 1,3 milyon avro, hər oyunu üçün isə 15 min avro qazanacaq.
