Türkiyə millisinin üzvü karantinə alındı
09.04.2020 , 19:19

Türkiyə milli komandasının üzvü Yunus Mallı karantinə alınıb.
Korner.az xəbər verir ki, bu barədə Yunusun çıxış etdiyi “Yunion Berlin” klubunun baş məşqçisi Urs Fişer açıqlama verib.
Fişer, Yunusun məşqlərə qatılmadığını və yaşadığı evdə karantinə alındığını bildirib.
Futbolçunun koronavirusa yoluxub-yoluxmadığı məlum deyil.
