Türkiyə millisinin sabiq futbolçusu güllələndi – FOTO
27.09.2024 , 12:41
Türkiyə millisinin keçmiş futbolçusu Serhat Akın gecə saatlarında silahlı hücuma məruz qalıb.
Korner.az xəbər verir ki, bununla bağlı o, sosial media hesabında paylaşım edib.
Hazırda idman şərhçisi olaraq çalışan “Fənərbağça”nın sabiq oyunçusu ayağından yaralandığını bildirib.
Zədələndiyi anın fotosunu paylaşan keçmiş oyunçu, “Proqramdan sonra ayağımı vurdular, son sözümüz “Fənərbağça”dır”, – deyə yazıb.
Mina Musayeva