Türkiyə millisinin sabiq futbolçusu baş məşqçi təyin olundu
02.10.2024 , 15:56
Türkiyə millisinin sabiq futbolçusu Ergün Pembe yeni vəzifəyə təyinat alıb.
Korner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis aşağı liqa klubu “Mersin İdman Yurdu”nu çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.