Türkiyə millisinin qapıçısı heyətdən çıxarıldı
24.06.2024 , 19:34

Türkiyə millisinin qapıçısı Doğan Alemdar heyətdən çıxarılıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Məlumatda, onun məşq zamanı dizindən zədə aldığı və Avro-2024-də oynamayacağı bildirilib.
Qeyd edək ki, Türkiyə millisi F qrupunun sonuncu turunda iyulun 26-da Çexiya ilə qarşılaşacaq.
