Türkiyə millisinin oyununun hakimləri açıqlandı
06.09.2024 , 20:05
Türkiyə millisinin Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda İslandiyaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.
Korner.az xəbər verir ki, görüş Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunu referi Enea Yorqi idarə edəcək.
Ona yan xətt hakimləri qismində Denis Reyha və Ridiger Çokaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Eldorhan Hamiti yerinə yetirəcək.
İyulun 9-da İzmirdəki “Gürsel Aksel Stadionu”nda keçiriləcək Türkiyə – İslandiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.