Türkiyə millisinin Rumıniya və Albaniya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Mirça Luçesku 26 futbolçuya dəvət göndərib.
Arda Turan, Burak Yılmaz, Mehmet Topal, Caner Erkin kimi oyunçular heyətdən kənarda qalıblar. Əvəzində isə Okan Kocuk, Erol Erdal Alkan, Atilla Turan Kenan Karaman ilk dəfə milli komandaya çağırılıblar.
Qapıçılar: Harun Təkin (“Bursaspor”), Okan Kocuk (“İstanbulspor”), Volkan Babacan (“Medipol Başakşəhər”)
Müdafiəçilər: Kaan Ayhan (“Fortuna”, Almaniya), Ozan Tufan (“Fənərbaxça”), Çağlar Söyüncü (“Frayburq”, Almaniya), Erol Erdal Alkan (“Dordrext”, Hollandiya), Ömər Toprak (“Borussiya”, Almaniya), Sərdar Əziz (“Qalatasaray”), Uğur Demirok (“Trabzonspor”), İsmayıl Köybaşı (“Fənərbaxça”)
Yarımmüdafiəçilər: Cengiz Ündər (“Roma”, İtaliya), Dəniz Türüç (“Kayserispor”), Əmrə Mor (“Selta”, İspaniya), Oğuzxan Özyakub (“Beşiktaş”), Yusuf Yazıcı (“Trabzonspor”), Səlçuk İnan (“Qalatasaray”), Okay Yokuşlu (“Trabzonspor”), Əmrə Akbaba (“Alanyaspor”), Yunus Mallı (“Volfsburq”, Almaniya), Hakan Çalhanoğlu (“Milan”, İtaliya), Kenan Karaman (“Hannover”), Tolqa Ciyərci (“Qalatasaray”)
Hücumçular: Cenk Tosun (“Beşiktaş”), Enes Ünal (“Levante”)
Qeyd edək ki, Türkiyə millisi noyabrın 9-da səfərdə Rumıniya ilə qarşılaşacaq. “Ay-ulduzlular” 4 gün sonra isə Antalyada “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya yığmasını sınağa çəkəcək.
