Türkiyə millisinin futbolçusu “Roma” ilə müqavilə imzalayıb
05.07.2022 , 11:46

Türkiyə millisinin futbolçusu Zeki Çelik İtaliyanın “Roma” klubuna keçib.
Korner.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zeki Çelik 2018-ci ildən Fransanın “Lill” klubunda çıxış edib. Oyunçu 2020/2021 mövsümündə komanda ilə ölkə çempionu olub.
