Türkiyə millisinin futbolçusu rəsmən Yunanıstan klubunda
30.09.2024 , 14:49

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcının yeni klubu rəsmiləşib.
Korner.az xəbər verir ki, o, bundan sonra “Olimpiakos”da forma geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalandığı bildirilib.
