Türkiyə millisində şok itki
23.12.2019 , 12:25

Fransanın “Lill” klubunun üzvü Yusuf Yazıçı ciddi zədə alıb.
Korner.az-ın məlumatına görə, Türkiyə millisinin 22 yaşlı yarımmüdafiəçisi 19-cu turda səfərdə “Monako” ilə keçirilən matçın (1:5) 39-cu dəqiqəsində zədələnib. Klubun rəsmi saytı futbolçunun çarpaz bağlarının qopduğunu açıqlayıb.
O, mövsümün qalan hissəsində oynamayacaq. Türkiyəyə qayıdan futbolçu bu gün əməliyyat ediləcək.
Yusuf Yazıçının Avropa çempionatında Türkiyə millisinə kömək edə bilməyəcəyi güman olunur.
