Türkiyə millisinin futbolçusu Əmrə Mor DÇ-2018-in seçmə mərhələsinin 4-cü turunda Kosovoya qarşı oynaya bilməyəcək.
Korner.az-ın məlumatına görə, səbəb futbolçunun İslandiya ilə oyunda (0:2) sarı vərəqə limitini doldurmasıdır.
Bundan əvvəl Ukrayna ilə görüşdə də sarı vərəqə alan 19 yaşlı oyunçu cəzalı duruma düşüb. Türkiyə – Kosova oyunu noyabrın 12-i keçiriləcək.
