Türkiyə millisində daha bir ciddi itki
05.03.2020 , 18:17

Türkiyə milli komandası AÇ-2020 ərəfəsində daha bir ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, “ay-ulduzlular”ın müdafiəçisi Ozan Kabak sıradan çıxıb.
Almaniyanın “Şalke” klubunun formasını geyinən 20 yaşlı oyunçu Bundesliqanın 24-cü turunda “Köln”lə matçın (0:3) 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.
Tibbi müayinədən keçən futbolçunun təqribən 9-12 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
