Türkiyə millisində ciddi itkilər
13.10.2019 , 16:26
Türkiyə yığması ciddi itkilərlə üzləşib.
Korner.az xəbər verir ki, “ay-ulduzlular”ın kapitanı Emre Belözoğlu, Abdulkadir Parmak və Efecan Karaca sıradan çıxıb.
Hər üç futbolçu zədəlidir. Onların Fransa ilə səfər oyununu buraxacaqları bildirib.
Qeyd edək ki, sabah keçiriləcək Fransa – Türkiyə oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək