Türkiyə millisində ciddi itki – Fransa ilə matçı buraxacaq
12.10.2019 , 19:39

Avro-2020-nin seçmə mərhələsində Albaniya ilə matçda (1:0) zədələnən Türkiyə millisinin futbolçusu Əmrə Bəlözoğlunun son durumuna aydınlıq gəlib.
Korner.az xəbərə verir ki, tibbi müayinədən keçən yarımmüdafiəçinin sol qabırğasında qırıq aşkarlanıb.
Futbolçu Fransa ilə matçı buraxacaq.
