Türkiyə millisi və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Nuri Şahin zədələnib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu Almaniya çempionatının son turunda oynanılan “Borussiya” Münhenqladbah matçında zədələnib.
Futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə onun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Türkiyə matçında komandasının yanında olmaması deməkdir.