Türkiyə millisi yoxlama görüşündə qalib gəldi
03.06.2019 , 10:13

Türkiyə millisi növbəti yoldaşlıq matçını keçirib.
“Ay-ulduzlular” Alanyada Özbəkistan millisini 2:0 hesabı ilə məğlub edib.
Şenol Günəşin çalışdırdığı kollektiv üç gün öncə Yunanıstanı yoxlama matçında 2:1 hesabı ilə məğlub etmişdi.
Türkiyə – Özbəkistan – 2:0
Qollar: Mehmet Zeki Çelik, 17, 57Türkiyə millisi AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 3 gün sonra isə səfərdə İslandiya ilə üz-üzə gələcək.
