Bolu şəhərindəki hazırlığını davam etdirən "Neftçi" Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Məmləkətim Bolu" qəzetində komandanın hazırlığı barədə məqalə dərc olunub. "Azərbaycan Şampiyonu Boluda" sərlövhəli yazıda “Neftçi”nin əldə etdiyi uğurlar barədə məlumat verilib. Klub prezidenti Sadıq Sadıqovun hazırlıqlarda komandanın yanında olması və onun rəhbərliyi ilə 2 mövsüm ardıcıl qazanılan çempionluq xüsusi vurğulanıb.
