Türkiyə – Latviya matçına azarkeşlər buraxılacaq
29.03.2021 , 18:00

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Türkiyə – Latviya matçını azarkeşlər stadionadan izləyəcəklər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Görüşün keçiriləcəyi Atatürk Olimpiya Stadionunun 15 faizin doldurulmasına icazə verilib . Bu isə 76 min 761 nəfərlik arenaya təqribən 12 minə yaxın azarkeşin buraxılacağı deməkdi. Azarkeşlər üçün bütün sağlamlıq tədbirləri və HES kodu məcburi olacaq.
Martın 30-da keçiriləcək Türkiyə – Latviya matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.
