Türkiyə kubokunun qalibi müəyyənləşib
Finalda “Fənərbaxça” və “Akhisarspor” komandaları üz-üzə gəlib. Yarımfinalda “Qalatasaray”ı mübarizədən kənarlaşdıran Manisa təmsilçisi həlledici mərhələdə də sürpriz etməyi bacarıb.
Okan Burukun komandası 3:2 hesabı ilə qalib gələrək, tarixində ilk kubokunu qazanıb. Bu, həmçinin Okan Burukun məşqçilik karyerasında qazandığı ilk kubok olub.
