Türkiyə kubokunun qalibi məlum oldu
30.07.2020 , 11:54

Türkiyə kubokunun final qarşılaşması keçirilib.
Korner.az xəbər verir ki, həlledici oyunda “Trabzonspor” “Alanyaspor”la qarşılaşıb.
İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə “Trabzonspor” 2:0 hesabı ilə qalib gəlib.
Bununla da Trabzon təmsilçisi 9-cu dəfə ölkə kubokunu qazanıb.
“Trabzonspor” – “Alanyaspor” – 2:0
Qollar: Abdülkadir Ömür, 25, Aleksandr Sörlott, 90+10
