Türkiyə kubokunun final matçının baş hakimi məlum olub.
Korner.az-ın məlumatına görə, “Başakşəhər” və “Konyaspor” arasında keçiriləcək həlledici qarşılaşmanı Firat Aydınus idarə edəcək. FİFA referisinə Serkan Ok və Aleks Taşçıoğlu kömək edəcək.
Əskişəhər stadionunda keçiriləcək qarşılaşma mayın 31-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
