Türkiyə kubokunda 1/4 finalın püşkü atıldı
15.01.2021 , 22:55

Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Korner.az xəbər verir ki, “Qalatasaray” “Alanyaspor”la, “Sivasspor” “Antalyaspor”la üz-üzə gələcək.
“Beşiktaş” “Konyaspor”un qonağı olacaqsa, “Fənərbağça” “Başakşəhər”i sınağa çəkəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları fevralın 9-11-də, yarımfinal matçları isə martın 16-18-də keçiriləcək.
Türkiyə kuboku, 1/4 final
“Sivasspor” – “Antalyaspor”
“Qalatasaray” – “Alanyaspor”
“Konyaspor” – “Beşiktaş”
“Fənərbağça” – “Başakşəhər”
Yarımfinal
“Sivasspor”/“Antalyaspor” cütünün qalibi – “Qalatasaray”/“Alanyaspor” cütünün qalibi
“Konyaspor”/“Beşiktaş” cütünün qalibi – “Fənərbaxça”/“Başakşəhər” cütünün qalibi
