Dünən Türkiyə kubokunun qrup mərhələsində 4-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, A qrupunda 1 oyun, B Qrupunda 2 oyun baş tutub. Belə ki, A qrupunda “Əskişəhirspor” “Bursaspor”u minimal hesabla məğlub edib.
B Qrupunun ilk matçında “Antalyaspor” səfərdə “Tokatspor”u 2:0 hesabı ilə məğlub edib. “Qalatasaray” isə azarkeşləri önündə “Elazığspor”u 3 cavabsız qolla məğlub edib.
A qrupu
“Eskişehirspor” – “Bursaspor” – 1:0
Qol: Jorquera, 89 (1:0)
B qrupu
“Tokatspor” – “Antalyaspor” – 0:2
Qollar: Semih Şentürk, 78 (0:1), Lamine Diarra, 90 (0:2)
“Qalatasaray” – “Elazığspor” – 3:0
Qollar: Gülselam, 38 (1:0), Droqba, 44 (2:0), Sabri, 85 (3:0)
