Türkiyə klunu yeni transferə hazırlaşır
01.07.2025 , 15:55

Transfer çalışmalarını davam etdirən “Eyüpspor”un yeni hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sent-Etyen”in sol cinah müdafiəçisi Leo Petrotu heyətinə qatmaq istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Fransa klubu ilə müqaviləsi başa çatan 28 yaşlı oyunçunun “Eyüpspor”a keçəcəyi gözlənilir.
“Sent-Etyen”də 99 rəsmi oyuna çıxan təcrübəli futbolçu bu görüşlərdə 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
