Türkiyə klubunun yeni transfer hədəfi
19.05.2023 , 15:23
“Fənərbağça”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa klubu “Kristal Pelas”dan Vilfred Zahanı transfer etməyə hazırlaşır.
30 yaşlı hücumçunun İngiltərə komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Hər iki cinahda oynaya bilən Zaha illik 6 milyon 750 min funt-sterlinqlə “Kristal Pelas”ın ən çox qazanan futbolçusudur.