Türkiyə klubunun yeni hədəfi
18.04.2024 , 23:20

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Bruno Petkoviç komandasından ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Türkiyədə davam etdirmək istəyir.
“Trabzonspor” 29 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Super Liqa təmsilçisi yaxın zamanda oyunçu üçün danışıqlara başlayacaq.
Petkoviç bu mövsüm 36 oyunda 17 qol vurub.
