Türkiyə klubunun məşqçisi zəlzələ nəticəsində həlak oldu
08.02.2023 , 16:05

Türkiyədə baş vermiş zəlzələ nəticəsində daha bir futbol adamı dünyasını dəyişib.
Korner.az xəbər verir ki, “İskenderunspor”un məşqçisi İbrahim Halil Ölmez həlak olub. II Liqa təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 39 yaşlı məşqçi dağıntıların altından çıxarılsa da, xəstəxana da vəfat edib.
Daha əvvəl “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslanın zəlzələ nəticəsində dünyasını dəyişdiyi açıqlanıb.
