Türkiyə klubunun heyətində 4 itki
22.04.2025 , 11:55

“Qalatasaray” Türkiyə Kubokunun yarımfinalında “Konyaspor”a qarşı keçiriləcək matçına ciddi itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, komandanın 4 oyunçusu – Alvaro Morata, Elias Yelert, Kaah Ayhan və Barış ALper Yılmaz bu görüşü buraxacaq.
Adıçəkilən futbolçulardan üçü zədəli, biri isə cəzalıdır.
Barış Alper 4 sarı vərəqə aldığı üçün İstanbul təmsilçisinin heyətindən kənarlaşdırılıb.
