Türkiyə klubundan yeni transfer – Rəsmi
06.02.2025 , 11:39

“Gənclərbirliyi” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Xorxe Samuel Fernandeşi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çinin “Wuhan Three Towns” klubundan transfer olunan 29 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
