Türkiyə klubundan yeni transfer
11.02.2025 , 15:30

“Başakşehir” hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Olimpiakos”dan İvan Brniçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
