Türkiyə klubundan yeni transfer
10.02.2025 , 21:14

“Rizespor” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Hall Siti”dən Abdulkadir Ömürü heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında “Rizespor”da forma geyinəcək.
