Türkiyə klubundan ayrılır?
12.01.2025 , 13:14

“Fənərbağça”nın futbolçusu Filip Kostiç klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
32 yaşlı oyunçu İstanbulu tərk etməyi planlaşdırır. O, Super Liqa təmsilçisində xoşbəxt olmadığı üçün komandadan gedəcək.
Kostiçin “Fənərbağça” ilə icarə müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na kimidir.
