Türkiyə klubundan “Atletiko”nun futbolçusu üçün ikinci cəhd
29.07.2024 , 12:55

“Beşiktaş” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Rizəspor”da çıxış edən Emirhan Topçunu heyətinə qatmağa çox yaxın olsa da, müdafiə xəttini başqa adla gücləndirəcək.
Türkiyə klubu “Atletiko”dan ayrılan Mario Hermoso ilə maraqlanır.
“Beşiktaş” rəhbərliyi 29 yaşlı futbolçu üçün yenidən hərəkətə keçib.
Oyunçu Madrid təmsilçisindən ayrıldıqdan sonra “Napoli” ilə görüşsə də, keçidi alınmayıb.
2019-cu ildən “Atletiko Madrid”də çıxış edən Hermoso La Liqa klubunda 174 rəsmi oyun keçirib. Bazar dəyəri 25 milyon avro olan futbolçu bu matçlarda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Mina Musayeva
