Türkiyə klubunda yeni müqavilə
21.05.2021 , 16:17

“Yeni Malatyaspor” baş məşqçisi İrfan Buz ilə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
54 yaşlı mütəxəssislə bir illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, İrfan Buz “Yeni Malatyaspor”u bu ildən çalışdırır. Komanda Super Liqada geridə qalan mövsümü 45 xalla 15-ci pillədə başa vurub.
