Türkiyə klubunda yeni baş məşqçi
27.05.2023 , 12:47

“Qaziantep”in yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Erdal Günəş çalışdıracaq.
Super Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
Erdal Günəş bu vaxta qədər “Qaziantep”də məşqçi kimi fəaliyyət göstərirdi.
