Türkiyə klubunda yeni baş məşqçi
17.01.2023 , 23:48
“Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı Aleksandr Stanoyeviçə tapşırılıb.
49 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında bu gün istefası açıqlanan İlhan Palutu əvəz edib.
Stanoyeviç son olaraq Serbiyanın “Partizan” komandasına rəhbərlik edib.
