Türkiyə klubunda yeni baş məşqçi
14.01.2019 , 16:18

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Superliqa təmsilçisini Mustafa Kaplan çalışdıracaq. O, bu vəzifədə təyinatından 25 gün sonra istefa verən Bayram Bektaşı əvəzləyib.
Qeyd edək ki, Kaplan karyerası ərzində əsasən birinci liqa klublarını çalışdırıb.
